İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Ermənistan nə ABŞ-a, nə də Rusiyaya güvənə bilər

1039 03.05.2023 00:37 Son xəbər A A

“Azərbaycanlılar qarşılarında kimin dayandığını, Ermənistan rəhbərinin ölkəni idarə etmək iqtidarında olmadığını, zəif, müdafiəsiz ölkə ilə məşğul olduqlarını görürlər”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “The California Courier” qəzetinin təsisçisi və redaktoru Harut Sasunyan bildirib.

O, qeyd edib ki, bunu görən İlham Əliyev hər gün yeni güzəştlər tələb edir. Onun sözlərinə görə, hər gün Ermənistanın baş naziri Nikol Paşinyan növbəti güzəştə getmək üçün Əliyevin tələblərinə daha çox tabe olur.

“Bu, Azərbaycan Prezidentini getdikcə daha çox yeni tələblər irəli sürməyə vadar edir və o, heç vaxt əldə etdikləri ilə kifayətlənməyəcək”, - deyə Sasunyan söyləyib.

Xatırladaq ki, ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibinin iştirakı ilə görüş keçirilib. Bundan sonra Moskvanın vasitəçiliyi ilə Rusiyada da bənzər görüşün keçirilməsi gözlənilir.

Qəzetin redaktorunun sözlərinə görə, bu iki görüş Azərbaycanla Ermənistan arasında problemlərin həllinə deyil, ABŞ və Rusiyanın maraqları ilə bağlı məsələlərin çözülməsinə yönəlib.

“Həm Moskva, həm də Vaşinqton təşəbbüsü ələ keçirməyə və regionda daha çox nüfuz sahibi olduğunu nümayiş etdirməyə çalışır. Eyni zamanda onlar bu monopoliyanı qarşı tərəfə vermək fikrində deyillər. Rusiya və ABŞ öz problemlərini həll edir, bizim yox. Ona görə də Ermənistan nə Rusiyaya, nə də ABŞ-a arxalanmalıdır”,-deyə Sasunyan qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR