İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan ŞOK: Müharibə astanasındayıq, Azərbaycan Zəngəzurdadır... - CANLI

881 01.03.2024 16:09 Ölkə A A

Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarılması ehtimalı ilə bağlı danışıqları çirkin manipulyasiyadır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalifətçi deputatı, revanşist siyasətçi Ayk Mamicanyan tərəfindən səslənib.

Mamicanyan vurğulayıb ki, hava limanında Rusiya sərhədçilərinin olması Ermənistan Respublikasının müstəqilliyini şübhə altına qoymur və onun suverenliyinə təhlükə törətmir. İndiki hakimiyyətdən fərqli olaraq o, İrəvan hava limanında Rusiya sərhəd qüvvələrinin mövcudluğunun hüquqi əsaslarını aydın başa düşür.

“İrəvan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici sərhəddi sayılır. Onların mövcudluğu bununla bağlıdır”, - deyə Mamicanyan izah edib.

Mamicanyan vurğulayıb ki, “hakimiyyətdən fərqli olaraq, Azərbaycan qüvvələrinin Cermuk, Vardenis yaxınlığında, eləcə də birbaşa Ermənistanın Sünik bölgəsində olması” onu daha çox narahat edir.
Ölkə müharibə astanasındadır və onlar hansısa uşaq oyunları ilə məşğuldurlar”, – deyə müxalifətçi yekunlaşdırıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə Rusiya - Ukrayna, Rusiya - Ermənistan qarşıdurmasını müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR