İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan İLGİNC açıqlama: “Hərbi balansı bərpa etmək lazımdır”

839 13.02.2024 16:15 Son xəbər A A

“Zəmanətimiz biz və xalqımızdır. Sadəcə, hərbi balansı bərpa etmək lazımdır, biz ölkəmizi qoruya, təhlükəsiz edə bilərik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri parlamentdə jurnalistlərə açıqlamasında hakim “Mülki müqavilə” partiyasından deputat, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan bildirib.

“Buna görə də biz indi bütün dünya ilə işləyirik ki, müasir hərbi texnika və sursat əldə edə bilək. Artıq Hindistan və Fransa ilə müqavilələrimiz var. Bizim başqa ölkələrlə də razılaşmalarımız var. Bu, hərbi balansı bərpa etmək üçün lazımdır. Heç kimin əsgər gətirməsinə ehtiyacımız yoxdur”, - deyə Melkonyan qeyd edib.

O xatırladıb ki, Rusiya da çoxdan ötürülməli olan müəyyən miqdarda silahı bu yaxınlarda göndərib.

“Borcun bir hissəsi ödənilib, lakin bu regionda sülhün olması üçün hərbi balans bərpa olunmalıdır. Sülh o zaman mümkün olacaq ki, biz hərbi balansı bərpa edəcəyik”, - deyə deputat yekunlaşdırıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR