İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat xalqı inqilaba çağırıb

1437 07.05.2023 02:48 Region A A

Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

“Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - “Ermənistan” fraksiyasından olan deputat deyib.

Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub.

O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Deputatın fikrincə, xalq yalnız o adamları seçməkdə səhv edib ki, həmin şəxslər indi Ermənistanı məhvə aparır.

“Ona görə də bu hüquqdan istifadə etmək üçün ikinci əsl erməni inqilabını həyata keçirməlivə əsl ədaləti təmin etməliyik”, - o, fikirlərini yekunlaşdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR