İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Tex yaxınlığındakı vəziyyət ölkənin iç üzünü açır”

1117 07.04.2023 15:47 Region A A

“Tex kəndi yaxınlığındakı vəziyyət bir daha sübut edir ki, Ermənistanda hakimiyyət mövcud deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində “Hayastan” müxalifət blokunun deputatı Geqam Manukyan deyib. O, yerli jurnalistlərə müsahibəsində Tex kəndinə səfər təəssüratlarını paylaşıb.

Erməni deputatın sözlərinə görə, sərhədçilərin yerləşdirilməsinin hansı xəritələr əsasında təşkil olunması hələ bəlli deyil.

“Siz bunu nəzərə almasanız belə, belə bir sual yaranır: tutaq ki, siz sərhədçilərin yerləşəcəyi məkanla bağlı razılığa gəldiniz, niyə öz sərhəd qoşunlarınızın yerləşdirilməsini təmin etmək üçün əvvəlcədən tədbirlər görməmisiniz? Axırda nə oldu? Azərbaycanlılar gəldilər, gördülər ki, irəlidə heç kim yoxdur, bacardıqca irəli getdilər”, - deyə erməni müxalifətçi söyləyib.

“Bizim artıq 3 illik təcrübəmiz var: azərbaycanlılar harasa daxil olurlarsa, onları oradan zorla çıxarmaq çox çətindir”, - deyə Geqam Manukyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR