İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat TƏSDİQLƏDİ: “Simonyan Mustafa Şentopla...”

1400 10.05.2023 14:10 Region A A

““Nemesis” abidəsi məsələsi Ermənistan Milli Assambleyasının sədri Alyona Simonyan və Türkiyə parlamentinin sədri Mustafa Şentop arasında müzakirə mövzusu olub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, QDİƏT Parlament Assambleyasının Ankarada keçirilən sammitində iştirak edən hakim “Vətəndaş sazişi” partiyasının üzvü Babken Tunyan bəyan edib.

Tunyanın sözlərinə görə, Türkiyə tərəfi onlara “ikitərəfli münasibətlərin normallaşdırılması səyləri fonunda Ermənistanda belə abidələrin niyə açıldığını” soruşub.

“Simonyan cavab verdi ki, münasibətləri normallaşdırmaq istəyi varsa, belə hadisələr maneə ola bilməz”, - deyə Tunyan bildirib.

Abidənin gələcək taleyinə gəlincə, deputat bu suala cavab verə bilməyəcəklərini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR