İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat sərsəmlədi

2908 08.05.2023 18:29 Region A A

Keçmiş korpus komandiri Ararat bölgəsində fəaliyyət göstərməyən hərbi hissənin binalarını və ərazilərini satmaqda ittiham olunur.

“Şuşanın işğaldan azad edilməsinin ildönümü günü Ermənistanda onun iştirakçılarına qarşı məhkəmə iclası keçirilir, bu, dəlilikdən başqa bir şey deyil”.

Musavat.com xəbər verir ki, bu sərsəm açıqlamanı yerli jurnalistlərə Qriqori Xaçaturov və Seyran Ohanyanın işi üzrə Korrupsiyaya Qarşı Mübarizə üzrə Respublika Məhkəməsinin binasına gələn “Hayastan” fraksiyasından olan deputat Qeqam Manukyan deyib.

Azərbaycanın tarixi Şuşa şəhərinin işğal olunduğu 8 mayı “Şuşanın işğaldan azad edildiyi gün” kimi təqdim edən erməni sarsaq iddia edib ki, “vətəni müdafiə edən generalların mühakiməsi” davam edir. “Əvvəlki illərdə də mayın 8-də azadlığın digər iştirakçıları - Yuri Xaçaturov və Robert Köçəryanla görüşlər təyin olunurdu”. Deputat iddia edib ki, mühakimə olunan şəxslər “Ermənistanın təslim olmasına qarşı çıxırlar, onlar indiki hakimiyyətə maneədirlər”.

Manukyan bildirib qeyd edib ki, son 1-2 ayda sərhədyanı kəndlərə səfər edən müxalifət deputatları insanların təhlükəsizliklə bağlı narahatlığını görürlər.

“Əvvəllər hər kəs öz qayğıları ilə məşğul idi. İndi hara gedirsənsə, hamı ilk növbədə sərhəddən nisbətən uzaqda olsa belə, təhlükəsizlik təhdidlərindən danışır”, - o əlavə edib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin korpuslarından birinin keçmiş komandiri Qriqori Xaçaturova qarşı ittiham irəli sürülüb, baş prokuror Anna Vardapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət təqibinə parlamentdən icazə aldıqdan sonra. Hər iki keçmiş yüksək rütbəli hərbçi iki hərbi hissənin ərazilərini satmaqla dələduzluqda ittiham olunur. Ohanyan artıq bəyan edib ki, bunlar köhnə və dağılmış tikililər, istismar olunmayan və büdcəyə yük olan torpaqlar olub. Martın 16-da Apellyasiya Məhkəməsinin qərarı ilə Xaçaturov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı general Xaçaturovun hüquqlarının müdafiəsi üçün təşəbbüs yaratdığını bəyan etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR