İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat sərhədlərin demarkasiyasından DANIŞDI - marağımızdadır...

707 19.03.2024 16:37 Son xəbər A A

“Biz ilk dəfə deyil ki, sərhədin demarkasiyası zərurətindən danışırıq və sərhədin demarkasiyası, əslində, sülh prosesinin ən mühüm komponentlərindən biri olub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Arsen Torosyan deyib.

Torosyan Ermənistanın baş naziri Nikol Paşinyanın demarkasiyaya Tavuş bölgəsindən başlamasının daha məntiqli olduğu barədə bəyanatına toxunaraq bunları deyib:

“Bunun bir neçə əsaslandırması var. Birincisi, bu prosesə başlamaq vacibdir, çünki biz bu proses haqqında əbədi olaraq danışa bilərik. Düşünürəm ki, buna başlamaq bizim xeyrimizədir. İkincisi, bəlkə də bu, sualınızın cavabıdır, sərhədi müəyyən etmək üçün son nəticədə hansı xəritələrdən istifadə olunacaq? Bu, bizim üçün çox vacib bir vəziyyətdir.

Bu o deməkdir ki, əgər biz 1974-cü ilin xəritəsi üzrə bir hissədə demarkasiya aparırıqsa, digər hissələrdə də həmin xəritələr üzrə aparılmalıdır. İki ölkə Alma-Ata Bəyannaməsinə qoşulmaqla onların sovet inzibati ərazilərini dövlət sərhədləri kimi tanıyıb. Bu, yeni sərhədin yaradılması demək deyil, bu, mövcud sərhədin yerlərdə hüquqi cəhətdən möhkəmləndirilməsidir”.

Erməni deputatın sözlərinə görə, Paşinyan hökuməti sovet Ermənistanının sərhədləri daxilində olan inzibati ərazini, yaşayış məntəqəsini heç bir başqa ölkəyə vermək fikrində deyil.

“Əgər demarkasiya zamanı sərhəd bu və ya digər dövlətin nəzarəti altında olan hər hansı ərazidən keçirsə, o, iki tərəfin qarşılıqlı razılığı ilə bu və ya digər tərəfə qaytarılmalıdır”, - deyə Arsen Torosyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR