İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Moskvaya qaçmaq qəbuledilməzdir”

1069 12.05.2023 15:30 Region A A

“Zod istiqaməti ətrafında yaranan gərgin situasiyanın tarixi əvvələ dayanır. Uzun müddətdir ki, həmin mədəndə işlər təhlükəsizlik səbəbindən dayandırılıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Zod mədəninə nəzarəti bərqərar etməyə, eləcə də yaxınlıqdakı ərazilərə nəzarət etmək üçün mövqeləri irəlilətməyə çalışır.

Mamicanyanın fikrincə, Ermənistan da davam edən əyalət diplomatiyasından imtina etməlidir. “Moskvadan şikayət etmək üçün Brüsselə qaçmaq, sonra da Brüsseldən şikayət etmək üçün Moskvaya qaçmaq qəbuledilməzdir”, - deputat yerli Beşinci telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Paşinyan iqtidarının qeyri-sabit siyasəti ucbatından Ermənistan proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş olmaqdan çıxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR