İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat hökuməti BELƏ TƏNQİD ETDİ: "Sözlərimizə məhəl qoymadılar"

1765 14.09.2022 19:20 Region A A

"Müharibədən sonrakı dövrdə biz cəbhə xəttinin çox sürətlə təchiz olunması, yeni zabitlər məsələsinin həll edilməsi, silah-sursat anbarlarının doldurulması fikirlərini müdafiə edəndə hökumət nəinki suallardan yayındı, əksinə, onlara məhəl qoymadı".

Musavat.com xəbər verir ki, bu sözləri “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

"Üstəlik, cəbhə xəttinin lazımi təchizatla təmin edilməsi döyüşün effektiv aparılmasına imkan verəcək və yerdəki döyüşçülərin təhlükəsizliyini təmin edəcəkdi. Yeni sərhədlərdə lazımi infrastrukturlar formalaşmayıb və ya çox natamam formalaşıb ki, bu da öz növbəsində qurbanların sayının kəskin artmasına səbəb olub” - deyə, deputat bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR