İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Hakim partiyanın hakimiyyət dövrünü “qanlı beşillik” kimi təsvir etmək olar"

414 21.04.2023 20:59 Region A A



Hakim partiyanın beşillik hakimiyyətini əminliklə “qanlı beşillik” kimi qələmə vermək olar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu aprelin 21-də Ermənistan parlamentinin iclasında hökumətin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan deyib.

Onun sözlərinə görə, “Vətəndaş sazişi” hakimiyyətə boş tabutlarla gəlib (Mamidcanyan 2018-ci ilin yazında baş verən hadisələrə istinad edir, o zaman hakimiyyət dəyişikliyi tərəfdarları “keçmiş”lərin evlərinə tabut aparırdılar).

“Amma sizin hakimiyyətdə olduğunuz müddətdə məndən və sizdən min dəfə yaxşı olan insanlar tabutlara girdilər”, - deyə Mamicanyan bildirib.

Onun fikrincə, respublikanın baş naziri Nikol Paşinyan ermənilərin ən mühüm missiyalarından birini bilərəkdən uğursuzluğa düçar edib.

“Nikol Paşinyan kifayət qədər uzun müddətdir ki, Dağlıq Qarabağın təslim olmasında keçmiş hakimiyyəti, Madrid prinsiplərini və beynəlxalq ictimaiyyəti günahlandırmağa çalışır. Belə davam edərsə, o, ermənilərin başına gələn bütün bəlalarda Böyük Tiqranı günahlandıracaq ”, - deyə müxalifətçi bildirib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR