İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Ermənistanda 2500-dən çox telegram kanalı narkotik dövriyyəsi ilə məşğuldur”

574 18.05.2022 15:44 Region A A

Ermənistanda təxminən 2500 telegram kanalı narkotik alveri ilə məşğuldur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Armen Xaçatryan mayın 18-də parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının iclasında bildirib.

O, hökuməti təcili olaraq bu sahədə addım atmağa səsləyib.

Hakim partiyanın digər deputatı, həmin komissiyanın sədri Andranik Köçəryan isə Ermənistanda siyasətçi övladlarının kütləvi şəkildə ölkəni tərk etməsindən şikayətlənib.

Bundan başqa o, müxalifətin mitinqlərində xüsusi fəallıq göstərən şəxsləri orduya cəlb etməyi məsləhət görüb.

Andranik Köçəryanın fikrincə, polis müxalifətin aksiyalarında iştirak edən bütün idmançıların siyahısını artıq Müdafiə nazirliyinə verməli idi. “Söhbət Ermənistan Silahlı qüvvələrinin təlim düşərgələrinə cəlb oluna bilən insanlardan gedir”, - deyə Köçəryan izah edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR