İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni blogerdən Bakıya reinteqrasiyaya yardım təklifi – Cavabımız nə olacaq?

2664 03.10.2023 14:00 Siyasət A A

Xəbər verildiyi kimi, erməni bloger Natali Aleksanyan Xankəndiyə gəlmək üçün Azərbaycan prezidentindən icazə istəyib. Bu barədə o, Facebook səhifəsində yazmışdı: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət! Hörmətli cənab Prezident, başa düşürəm ki, ermənilərin Qarabağda yaşamasının yeganə yolu Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Özüm də Qarabağ ermənilərinin sevdiyi, fikrinə qulaq asdıqları adamam. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm ki, mənə təcili olaraq Xankəndiyə gəlməyə, həmvətənlərimlə yaxın olmağa, onlara dəstək olmağa və inteqrasiyasına köməklik göstərməyimə icazə verəsiniz”, - Aleksanyan bildirib.

Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a bildirdi ki, hər hansı erməninin Xankəndiyə gəlməsi üçün Azərbaycana müraciət etməsi özlüyündə yaxşı hadisədir. Millət vəkili hesab edir ki, bu ermənilərin Qarabağa, Xankəndiyə baxışında obyektiv reallığın formalaşması kimi qəbul edilə bilər:

16279136403730117457_1200x630.jpg (275 KB)

“Artıq ermənilər dərk edirlər ki, Qarabağa gəlmək üçün Azərbaycana müraciət etmək lazımdır. Erməni blogerin Azərbaycana gəlmək istəməsi isə fərqli hadisədir. İlk növbədə onun fəaliyyəti araşdırılmalıdır. O öz səhifəsində Azərbaycana qarşı hər hansı qanun pozuntusuna yol veribmi? Müvafiq orqanlar bu məsələni diqqətlə araşdırmalıdırlar”.

Millət vəkilinin fikrincə, xalq diplomatiyası geridə qalmış mərhələdir:

“Azərbaycanın bütün qurumlarının təmsilçiləri artıq Xankəndidədir. Hazırkı mərhələdə potensial vətəndaş və dövlət qurumu arasında ünsiyyətdən söhbət gedə bilər. Azərbaycan vətəndaşlığını seçmək istəyən ermənilər müraciət edə bilərlər. Ziyalıların, ictimai xadimlərin görüşləri aktual deyil. Əgər dövlətlə birbaşa dialoq varsa, xalq diplomatiyasına ehtiyac yoxdur”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a şərhində qeyd etdi ki, reinteqrasiya prosesinə dəstək verən ermənilərin təşəbbüsü təqdirəlayiqdir. Bununla yanaşı, Ç.Qənizadə hesab edir ki, müraciətə baxılana qədər hüquq-mühafizə orqanları Natali Aleksanyanın fəaliyyətini araşdırmalıdır:

9c24b3c44adfa960b458ca198416986c.gif (182 KB)

“O müharibə dövründə, lokal antiterror əməliyyatları zamanı, ümumiyyətlə işğal dövründə hansı mövqedə olub? Azərbaycanın ərazi bütövlüyünü tanıyıbmı? Hər hansı formada separatçılara dəstək veribmi? Əgər Azərbaycana qarşı hər hansı fəaliyyəti olmayıbsa, təbii ki, ondan istifadə etmək olar. Yəqin ki, reinteqrasiyada maraqlı olan “başbilənlər” var. Bu halda təşəbbüsü dəstəkləmək olar. Heç bir halda erməninin bu proseslərdə səmimi olmamasını unutmaq olmaz”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a mövzunu belə şərh etdi:

amip_mustafayev_elshan_mansur-oglu_02_540 (1).jpg (135 KB)

“Azərbaycanın reinteqrasiya təklifinə müxtəlif reaksiyalar var. Ermənistandan olan reaksiyalar əsasən neqativ xarakter daşıyır və bu da onların xislətindən, beyinlərinin “zəhərlənməsindən” irəli gəlir. Qarabağ erməniləri arasında sorğu aparılsa, görərək ki, Azərbaycan vətəndaşlığını qəbul edib qanunlarımızla yaşamaq istəyənlər olacaq. Azərbaycan Qarabağda doğulub yaşamış insanları və onların övladlarını reinteqrasiya prosesində iştirak etməyə çağırmalıdır və kim istəsə qala bilər. istəməyənlərə isə xahiş, minnət etməli deyil. Son 30 ildə Ermənistan tərəfindən Qarabağ ərazisinə yerli erməni əhalinin sayından bir neçə dəfə artıq insanlar müxtəlif yerlərdən köçürülüblər ki, onların reinteqrasiya prosesində iştirak etməsi mümkün deyil. Ümumiyyətlə bu proses konkret şərtlərlə və Azərbaycanın irəli sürüdüyü təkliflər əsasında olmalıdır. Bizim hələlik bu şərtlərin detalları ilə bağlı yetərli məlumatımız olmasa da, yəqin ki, yaxın gələcəkdə bunları biləcəyik. Əgər prosesə Ermənistandan hər hansı tanınmış şəxs, yaxud şəxslər yardımlarını təklif edib pozitiv işlər görmək istəsələr, hesab edirəm ki, müvafiq qurumlar müəyyən araşdırmalardan sonra həmin şəxsləri prosesə cəlb edə bilərlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR