İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni alim İrandakı seçkiləri “vurdu”

712 02.03.2024 12:47 Ölkə A A

İranda keçirilən parlament seçkiləri seçici fəallığının aşağı olması ilə tarixə düşüb.

Seçici fəallığı hətta İranın yaxın müttəfiqi Ermənistanda da geniş müzakirə olunur.

Musavat.com bildirir ki, erməni mediası “İranda etimad böhranı: parlament seçkilərində çox aşağı fəallıq olub - 41%”, məzmunlu materiallar tirajlayır.

Ermənistanın iranşünas alimi Janna Vardanyanın yazdığı kimi, bu, İranda seçkilər tarixində ən aşağı göstəricidir. Bildirilir ki, 61 milyon seçicidən 25 milyonu Ekspertlər Şurasına və Məclisə seçkilərdə iştirak edib. Tehranda rekord səviyyədə aşağı seçici fəallığı qeydə alınıb, cəmi 24%. İranşünas alim qeyd edib ki, İran cəmiyyətində hakimiyyətə və dövlət qurumlarına inam böhranı var və bu, getdikcə dərinləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR