İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkən parlament seçkisini zəruri edən amil

970 05.04.2024 12:58 Siyasət A A

Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Ölkədə sonuncu parlament seçkiləri növbədənkənar qaydada 2020-ci ilin fevral ayında keçirildiyi üçün növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olur. Bəs bununla bağlı partiyaların hazırlığı nə yerdədir?

Musavat.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də erkən parlament seçkiləri mövzusunun siyasi gündəmdə ciddi yer tutduğunu bildirib: “Xeyli müddətdir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Konstitusiya görə parlament seçkisinin noyabr ayında keçirilməsi göstərilir. Payızda ölkədə COP29 kimi böyük miqyaslı tədbirin və dekabrda isə bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq erkən parlament seçkilərinin qaçılmaz olduğunu düşünə bilərik”.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

S.Əsədli bildirdi ki, bu kontekstdə hər hansı rəsmi açıqlama verilməsə də situasiyaya uyğun olaraq partiyaların start vəziyyətində olması vacibdir: “Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatı mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr apararaq 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələrini müəyyənləşdirib. Həmçinin ilkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər seçki dairələr üzrə nanizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur. Əsasən qadın namizədlər, xüsusən gənclərin namizədliklərini irəli sürməyi düşünürük. Eyni zamanda seçici imzalarının yığılması üçün dairələr üzrə işçi qruplar müəyyən edilir. Bir sıra texniki işlər yekunlaşdırılıbvə erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat Siyasi Şuraya təqdim ediləcək. Bütün hallarda qərarı VHP Siyasi Şurası verəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR