İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Putin razılıq əldə edəcək: Detallar sızdırıldı

1691 27.08.2023 10:06 Siyasət A A

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlar taxıl müqaviləsinin gələcəyinə böyük ölçüdə işıq salacaq.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti mənbəsinə istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyənin bütün müvafiq departamentləri bu istiqamətdə iş aparır. Eyni zamanda, o vurğulayıb ki, proses Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə razılaşdırılır. BMT də bu danışıqları izləyəcək.

Mənbə danışıqların konstruktiv olacağına və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR