İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın sensasion sülh planı təklifi - bəndlər

9447 11.04.2024 15:57 Dünya A A

Ukrayna ərazilərində beynəlxalq nəzarət altında referendumlar və daha nələr....

Türkiyə Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması üçün yeni təkliflər planı hazırlayıb. Musavat.com xəbər verir ki, bu barədə “Novaya qazeta” yazıb.

Nəşr Rusiya ilə Ukrayna arasında müharibəni donduracaq yeni müqavilə layihəsinin təfərrüatlarını da əldə edib. Mənbənin sözlərinə görə, sülh layihəsi Türkiyə prezidenti Rəcəb Ərdoğanın təşəbbüsüdür.

Mənbə iddia edir ki, hazırda Rusiya və Ukraynada sənədin mətni var. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin may ayına aid bəzi bəndlər yeni mətnə daxil edilib. Sülh təşəbbüsü bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənə bilər.

Mənbənin nəşrə verdiyi məlumata görə, sülh sazişi layihəsində aşağıdakılar nəzərdə tutulur:

kyiv-fighting-2-1200x798-1200x798.jpg (310 KB)

- ABŞ və Rusiyanın heç bir halda, nüvə silahından istifadə etməmək, həmçinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin (START-3) yenilənməsi və gələcəkdə ondan birtərəfli qaydada çıxmaması ilə bağlı qarşılıqlı öhdəlik götürür.

- Başqa bir ölkənin daxili işlərinə onun hökumətini sabitliyi poza biləcək hər hansı şəkildə müdaxilənin qadağan edilməsi.

- Mövcud cəbhə xətti boyunca müharibənin dondurulması.

- 2040-cı ildə referendumların keçirilməsi ilə bağlı öhdəliklər: ölkənin xarici siyasəti ilə bağlı ümumxalq səsverməsi, habelə Rusiya tərəfindən müharibənin dondurulması zamanı ilhaq edilmiş bütün Ukrayna ərazilərində beynəlxalq nəzarət altında referendumlar.

- 2040-cı ilə qədər Ukraynanın bitərəf statusuna zəmanət.

- “Hamı hamı üçün” formuluna əsasən, əsir və məhbusların dəyişdirilməsi.

- Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasına etiraz etmir.

Nəşr hesab edir ki, bu sülh müqavilə layihəsinin qəbulu ehtimalı aşağı olaraq qalır. Bu, ən azı doqquzuncu belə layihədir.
2022-ci ildə hazırlanmış Ukrayna “sülh formulu”na 10 bənd daxildir. Onların bir çoxu yeni sülh müqaviləsi layihəsi ilə üst-üstə düşmür. Məsələn, "sülh formulu"nda rus qoşunlarını çıxarmaq və müharibənin bitməsini qeyd etmək öhdəliklərini ehtiva edir. Həmçinin, Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ildə sülh üçün iki əsas şərti qeyd edirdi:

WhatsApp Image 2024-04-11 at 15.56.03.jpeg (133 KB)

1) Qara və Azov dənizlərində və Kerç boğazında bütün dövlət sərhədi və müstəsna iqtisadi zona üzərində nəzarətin Ukraynaya qaytarılması;

2) Rus qoşunlarının, o cümlədən Qara dəniz donanmasının 1991-ci il sərhədləri daxilində Ukraynanın bütün ərazisindən çıxarılması.

2023-2024-cü illərdə “Ukrayna sülh formulu”nun təşviqinə dəstək olaraq bir neçə sammit təşkil edildi. Növbəti belə tədbir iyunun ortalarında İsveçrədə baş tutmalıdır.

Çinin sülh planından da yeni layihəyə daxil edilməyən məqamlar var idi: bütün ölkələrin suverenliyinə hörmət, soyuq müharibə zehniyyətindən imtina və cari problemləri həll etməyən, lakin yeni problemlər yaradan birtərəfli sanksiyalara son qoyulması.

İstənilən halda, Türkiyənin bu təşəbbüsü faktı onu göstərir ki, beynəlxalq ictimaiyyət və ayrı-ayrı ölkələr müharibəni dayandırmaq üçün sülh cəhdlərini davam etdirirlər.

Ukrayna, Rusiya və Türkiyə xarici işlər nazirlikləri yeni sülh müqaviləsi layihəsini hələ ki, nə təsdiq, nə təkzib edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR