İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SON DƏQİQƏ AÇIQLAMASI: Bunu gözləyirik!

2875 26.01.2024 18:00 Dünya A A

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan soyqırım işi ilə bağlı veriləcək qərarlardan danışıb.

Musavat.com xəbər verir ki, Türkiyə lideri məsələ ilə bağlı Cənubi Afrika prezidenti ilə görüşdüyünü bildirib.

Ərdoğan qeyd edib ki, proses yaxından izlənilir:

"Açığını deyim ki, qərarın veriləcəyini gözləyirik. Çünki Cənubi Afrika prezidenti ilə bu mövzuda görüşdüm. Cənubi Afrika Haaqa işini çox yaxından izləyir. Onların müraciəti ilə artıq orada proses başlayıb. Hazırda Cənubi Afrika Prezidentinin yaxından təqibi bizim üçün ayrı bir sərvətdir. Bldiyiniz kimi, Türkiyədən də bir qrup hüquqşünas Haaqaya getdi. Onlar da bu məsələni yaxından izləyirlər və inanıram ki, bu təqib müsbət nəticələr verəcək. Biz bu gün Apellyasiya Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin qərarını gözləyirik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR