İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SON DƏQİQƏ: 912 qurban, 5 mindən çox yaralı... Mustafa Ilıcalı ilə CANLI

481 06.02.2023 14:44 Gündəm A A

Türkiyə zəlzələ nəticəsində 912 nəfər həlak olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib. O, 5 385 nəfərin yaralandığını qeyd edib.

NATO və Avropa İttifaqından olan 45 ölkənin yardım təklifləri var. O qeyd edib ki, beynəlxalq yardımlar üçün müraciətlərə baxılır. Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub. O, zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu qeyd edib.

Stanford Universitetində yetişmiş türkiyəli alim Övgün Ərcan deyir ki, zəlzələdən heç bir ölkə sığortalanmayıb. Amma zəlzələnin nə dərəcədə böyük dağıntıya səbəb olması hər bir ölkədə idarəçiliyin keyfiyyətindən və onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. Örnək verir ki, ABŞ-da zəlzələyə ən həssas ştatlarda zəlzələnin dağıdıcılıq gücü 8 bala yaxındır.

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, ABŞ-da tikililər elə yüksək texnologiyalar əsasında qurulub ki, insanlar 8 bala qədər zəlzələni yalnız silkələmədən hiss edərlər – dağıntı və insan qurbanları görməzlər:

“Mütəxəssis deyir ki, Türkiyənin iqtisadi inkişaf baxımından ən yüksək olan qərb hissəsində zəlzələnin dağıdıcılıq gücü 6,8 bala yaxın olduğu halda, ən zəif iqtisadi inkişafa malik şərq hissəsində 4,5 bala yaxındır. Alim deyir ki, “allah qorusun” deməklə olmur. “Alın yazısı” deyib özümüzü ölümə təslim etməməliyik”.

“İki gün əvvəl Türkiyəyə gələn ABŞ hərbi gəmisi İstanbul Kağıthanesindəki zəlzələni tətikləmək üçün araşdırma apara bilərdimi? Əslində USS Nitze-nin HAARP cihazları ilə dolu olması bu sualın cavabı ola bilər”. Türkiyəli araşdırmacı-yazar Halük Özdil və Murat Akan bildirib.

TVMusavat-ın saat 15:00-da canlı efirində, Ərzurumdan olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı Türkiyədəki son vəziyyətdən danışır. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR