İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Yunanıstan baş nazirinin bu sözlərinə MÜDAXİLƏ ETDİ

1782 14.05.2024 07:29 Siyasət A A

Türkiyədə rəsmi səfərdə olan Yunanıstanın baş naziri Kiriakos Miçotakis prezident Ərdoğanla görüşündən sonra keçirdiyi mətbuat konfransında HƏMAS-ı “terror təşkilatı” adlandırıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Ərdoğan Yunanıstan baş nazirinin bu sözlərinə müdaxilə edib.

Ərdoğan HƏMAS-ı müqavimət təşkilatı olaraq gördüyünü ifadə edib:

"Bizim razılaşa bilmədiyimiz çox mühüm bir məsələ var. Mən HƏMAS-ı terror təşkilatı kimi görmürəm. HƏMAS-ı torpaqlarını və xalqını qorumaq üçün mübarizə aparan bir müqavimət təşkilatı kimi görürəm. Bunu görməliyik. 40 min insanını itirən HƏMAS-ı terror təşkilatı adlandırsaq, ədalətsizlik olar. Onları öz xalqını qorumaq üçün mübarizə aparan insanlar kimi görürəm".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR