İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Türkiyə Şimali İraqda mövqelərini gücləndirəcək”

357 13.02.2024 01:52 Region A A

“Türkiyə silahlı qüvvələri yayda Şimali İraqda antiterror əməliyyatı aparılan ərazidə öz mövqelərini və bazalarını gücləndirməyi planlaşdırır ki, bu da onların effektivliyini artıracaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

“Beləliklə, terrorçulara qarşı daha təsirli tədbirlər görə biləcəyik”, - Prezident bildirib.

Eyni zamanda o vurğulayıb ki, “Türkiyə İraqın ərazi bütövlüyünə şübhəsiz hörmət edir”.

Ərdoğan həmçinin ABŞ Konqresinin Ankaraya “F-16” qırıcılarının satışı ilə bağlı razılaşmanı təsdiqlədiyini də qeyd edib.

Bununla yanaşı, dövlət başçısı Türkiyənin rekord ixracat və turizm gəlirləri əldə etdiyini də diqqətə çatdırıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR