İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Paşinyanı TƏBRİK ETDİ

460 11.06.2026 15:54 Siyasət A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı onun rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının iyunun 7-də parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram", - Ərdoğanın təbrikində qeyd olunub.

Türkiyə prezidenti əmindir ki, Paşinyanın regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın inkişafı ilə bağlı baxışı "uğurla həyata keçiriləcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR