İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan KABİNETİ TOPLAYIR: Baş verə biləcək fəlakətlər...

1996 21.08.2023 08:26 Siyasət A A

Ötən gün Macarıstana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Nazirlər Kabinetinin iclasına sədrlik edəcəyi gözlənilir.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, iclasın gündəliyi kifayət qədər gərgin olacaq.

"Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında inflyasiya ilə mübarizə, məmurlar və pensiya artımları ilə bağlı kollektiv danışıqlar prosesi, eləcə də xarici məsələlər müzakirə olunacaq", - agentlik qeyd edib.

Məlumata görə, ölkə lideri nazirlərlə birlikdə inflyasiya ilə mübarizədə atılan addımların nəticələrini qiymətləndiriləcək. Həmçinin, sentyabrda açıqlanması gözlənilən Orta Müddətli Proqramla bağlı araşdırmalar müzakirə olunacaq.

Zəlzələ bölgəsində yeni yaşayış binalarının tikintisi işləri, baş verə biləcək fəlakətlərə qarşı ehtiyat planları və terrorizmlə mübarizə də Nazirlər Kabinetinin gündəmində olacaq.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR