İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Ey yunan, sən sakit durduqca səninlə işimiz yoxdur” – VİDEO

719 14.01.2023 22:39 Region A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlanın Fethiye rayonunda xalqa müraciət edib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, o, ölkənin müdafiə sənayesinin nailiyyətlərindən danışıb və bundan narahat olanları xəbərdar edib.

Dövlət başçısı “Kızılelma” pilotsuz təyyarəsinin tezliklə kütləvi istehsalına başlanılacağını və onun F-16 qırıcılarının daşıdığı raketlərlə təchiz ediləcəyini bildirib.

“İndi bu yunanlar nə deyir? Görəsən bu çılğın türklər nə edir? İzmirdə sınaqlar keçirildi və oradan atılacaq raket onları qorxutmağa başladı. Mən isə deyirəm ki, ey yunan, nə qədər ki, sən sakit duracaqsan, bizim səninlə işimiz yoxdur”, - deyə Ərdoğan bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR