İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan ən böyük seçkiqabağı mitinqlərindən birini keçirib

1626 30.04.2023 20:41 Son xəbər A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinə hazırlıq məqsədilə bazar günü Ankarada ən böyük mitinqlərdən birini keçirib.

APA-nın “TV100” kanalına istinadən verdiyi məlumata görə, iştirakçıların sayı rəsmi olaraq açıqlanmasa da, bir neçə yüz min nəfər olduğu deyilir.

Ərdoğan mitinq zamanı tərəfdarlarını mümkün qədər fəal olmağa çağırıb, gənclərə xüsusi ümid bəsləyib.

“Biz hər qapını döyəcəyik. Türkiyənin yüzilliyini arzulayırıq. Onlar (müxalifət) öz arzularını bölünmüş siyasət, qeyri-sabit iqtisadiyyat, zəif demokratiya, dünyada xor baxılan köhnə Türkiyə üzərində qururlar”, - deyə prezident bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR