İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Azərbaycan ordusunu TƏBRİK ETDİ

1860 25.09.2023 17:03 Son xəbər A A

"Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Preizdenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarında antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qalıb.

Türkiyə Prezidenti deyib ki, antiterror tədbirinin qısa müddətdə tamamlanması Türkiyə üçün də iftixar mənbəyi olub: “Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın barış əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR