İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan AÇIQLADI: “Bölücülərin seçki komissiyalarına hücumlarına baxmayaraq...”

822 09.05.2023 20:59 Region A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə bu gün səsvermə prosesi başa çatan xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib.

“Sizin sayənizdə biz bu seçkilərdə rekord say və iştirak nisbətinə nail olduq. Bunun qarşısını almaq üçün edilən cəhdlərə və bölücülərin seçki komissiyalarına hücumlarına baxmayaraq, öz iradəsini seçki qutusunda ifadə edən bütün qardaşlarıma minnətdarlığımı bildirirəm”, - dövlət başçısı yazıb.

O qeyd edib ki, hava limanlarında və gömrük məntəqələrində səsvermə mayın 14-dək davam edəcək.

“Xaricdəki bütün qardaşlarımı bu demokratik hüquqlardan son ana qədər istifadə etməyə dəvət edirəm. Türk Əsrini birlikdə quracağımıza inanıram”, - Ərdoğan vurğulayıb. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR