İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan ABŞ-ı ittiham etdi

865 02.12.2023 15:45 Dünya A A

“Başda ABŞ olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ABŞ pulunun ödənilməsinə baxmayaraq, hələ də Türkiyəyə F-16 qırıcı təyyarələrini vermir:

“Amma Yunanıstana bu qırıcılar göndərilir. Biz yolumuza davam edəcəyik. Əlbəttə, mövqelərimizdə fərqliliklər var. Həlli dərhal mümkün olmayan problemlər də mövcuddur. Amma o problemləri həll edə biləcək tezislərə də sahibik”.

R.T.Ərdoğan söyləyib ki, yeni bir dövr başlayarsa, hər kəs verdiyi vədi yerinə yetirərsə, xarici təsirlər neytrallaşarsa, bundan hamı qazanar:

“Bizim xarici siyasətimiz “daim biz qazanaq, qarşımdakı uduzsun” prinsipi üzərində qurulmayıb”.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR