İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

414 13.03.2024 02:08 Dünya A A

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edir.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız məlumat verib.

"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcəyik, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də Prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, - TRT telekanalı Yıldızdan sitat gətiriB. Diplomat aydınlaşdırıb ki, söhbət Ərdoğanın “aprel ayının sonuna qədər” İraqa səfərindən gedir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR