İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ər və arvad” serialının iştirakçısı: “Yazıq deyiləm?”

1331 07.05.2024 20:10 Şou-biznes A A

Aktyor Elcan Rəsulov “Ər və arvad” serialının bitməsindən danışıb.

Musavat.com olay-a istinadla xəbər verir ki, “Zarafat bir yana” proqramında “Niyə Kəmalə Piriyeva ilə real həyatda evlənmirsiniz” sualını cavablandırıb:

“Proyekt 5 ilə yaxın getdi. Aydın oldu ki, bunlar ailə olsalar, heç nə alınan deyil. Yaramır. Həyatda da düz gəlmirik. Çəkiliş vaxtı mübahisəmiz olub. Ailə belədir ki, söz-söhbət olanda ayrılırlar, burada da proyekt bağlanır. Dalaşmadıq, gördük ki, söz-söhbətə gedir. Şillə vurmayıb, bir dəfə “tok”la vurub. Əlində aparat var idi. Hələ yeni vaxtlar idi. Kəmaləni yaxşı tanımırdım. 

O da onu haradansa alıb ki, gecə vaxtı gəzəndə özünü müdafiə məqsədli istifadə etsin. Bu layihələrin müzakirəsi gedir, qiyabi bilirəm ki, Kəmalə xanım tərəf müqabilim olacaq, o da məni bilir. Həmin ərəfədə də Rəşid Behbudov adına teatrda konsert idi. Dostlarımla görüşürdüm, qəfil arxadan gəlib, məni həmin aparatla vurdu. Heç nə etməmişdim, heç salamlaşmamışdım. Buradan ora atlandım. Dedim, ay xanım, nə edirsiniz? Dedi ki, zarafat edirəm. Tanımadığı adama bunu edənlə necə evli olum? Yatdığım yerdə məni “220”yə verməz? Yazıq deyiləm?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR