İnsanlara hürriyət, millətlərə istiqlal!

Enis Arıkan da saxlanıldı

418 11.06.2026 11:39 Şou-biznes A A

İstanbul Baş Prokurorluğu tərəfindən qadağan olunmuş maddələrlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində daha bir tanınmış sima saxlanılıb.

Musavat.com xəbər verir ki, Türkiyədə həyata keçirilən narkotik əməliyyatları zamanı saxlanılan şəxslər arasında aktyor Enis Arıkanın da olduğu məlum olub.

Məlumata görə, istintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən bir neçə ünvanda eyni vaxtda əməliyyat keçirilib və çoxsaylı şübhəli barəsində tədbir görülüb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma çərçivəsində daha əvvəl 25 nəfər haqqında saxlanılma qərarı verilmişdi. Əməliyyatların narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı aparıldığı bildirilir.

Hazırda saxlanılan şəxslərin ifadələrinin alınması və istintaq tədbirlərinin davam etdirildiyi qeyd olunur. Hadisə Türkiyə ictimaiyyətində geniş rezonans doğurub.

Enis Arıkan son illərdə televiziya layihələri və seriallardakı rolları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. İstintaqın yekun nəticələri və aktyorla bağlı hüquqi proseslərin gedişi yaxın günlərdə daha da aydınlaşacaq.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR