İnsanlara hürriyət, millətlərə istiqlal!

Enerji böhranı: Almaniya hökuməti üç böyük qaz şirkətini milliləşdirməyə çalışır  

793 16.09.2022 20:41 İqtisadiyyat A A

Almaniya hökuməti enerji böhranının qarşısını almaq üçün üç böyük qaz şirkətini milliləşdirməyə çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Almaniya hakimiyyəti ölkənin enerji problemlərinin əsas həlli olaraq “Uniper”, “VNG” və “Securing Energy for Europe” (SEFE) şirkətlərinin alınması üçün danışıqlar aparır.

Qeyd edək ki, adı çəkilən şirkətlərdən həyəcan siqnalları gəlməyə başlayıb. Məsələn “Uniper” “Şimal Axını 1” boru kəmərindən təchizatın kəsilməsindən sonra gündə 100 milyon avroya qədər itirdiyini bildirib.

Almaniya dövləti üçün bu üç şirkətə sahib olmaq asan olmayacaq, çünki “Uniper” hələ də Finlandiyanın “Fortum” kommunal şirkətinə məxsusdur.

SEFE isə Rusiya mənşəli “Palmary” Səhmdar Cəmiyyətinə aiddir. İndi onun milliləşdirilməsi halında Almaniya istəmədən Rusiyaya külli miqdarda vəsait köçürə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR