İnsanlara hürriyət, millətlərə istiqlal!

Endryu Şofer bölgəyə gəldi

741 18.04.2022 22:26 Region A A

Birləşmiş Ştatlar Ermənistanın baş naziri Paşinyanın Azərbaycanla sülh danışıqları, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son ikitərəfli telefon danışığı və Azərbaycan prezidenti Əliyevin sülh danışıqlarına sadiq qalması ilə bağlı son şərhlərini alqışlayır. Bu barədə bazar ertəsi Dövlət Departamenti məlumat verib.

“Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə necə dəstək verə biləcəyini müzakirə etmək üçün Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərir”, - Dövlət Departamentinin Twitter hesabında deyilir.

Qeyd edək ki, Şofer artıq İrəvandadır və orada bazar ertəsi Ermənistan XİN və Təhlükəsizlik Şurasının rəhbəri ilə danışıqlar aparıb.//Turan İA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR