İnsanlara hürriyət, millətlərə istiqlal!

Əminə Ərdoğan: "Bakıda keçiriləcək COP29-un nəticələri yaddaşlarda qalacaq"

371 06.06.2024 18:29 Siyasət A A

"İqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən COP zirvəsinin bu il türk dünyasının incisi olan qardaş ölkəmiz Azərbaycanda keçirilməsindən çox xoşbəxtik".

Bu sözləri Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin "Sıfır tullantı" üzrə Yüksəksəviyyəli Məşvərət Şurasının ikinci iclasının iştirakçıları qarşısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

O, Azərbaycanın qədim mədəniyyətə və ətraf mühitə hörmət prinsiplərinə əsaslanan zəngin ənənələrə malik olduğunu vurğulayıb.

"Əminəm ki, COP29-un Bakıda keçiriləcək sessiyası mühüm sammit olacaq və onun nəticələri yaddaşlarda qalacaq. COP29 sammiti münasibətilə biz Məşvərət Şurasının 3-cü rəsmi iclasını Azərbaycanın paytaxtında üzbəüz keçirmək istəyirik. Eyni zamanda, biz "sıfır tullantı" gündəliyinin sammit proqramına inteqrasiyası istiqamətində təşəbbüslərimizi davam etdiririk. Onu da bildirmək istəyirəm ki, Birinci vitse-prezident, dostum Mehriban Əliyeva ilə türk dünyasında ekoloji araşdırmaları gücləndirəcək əməkdaşlıq etmək niyyətindəyik", - deyə Türkiyə liderinin xanımı vurğulayıb.

Mənbə: "Anadolu" Agentliyi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR