İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarovdan "Jara" ilə bağlı vacib - AÇIQLAMA

1492 08.04.2022 19:00 Şou-biznes A A

Xalq artisti Emin Ağalarov "Jara" festivalı ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, sənətçi bu il Bakıda "Jara"nın keçirilməyəcəyini bildirib:

"Dünyada yaranmış vəziyyətlə əlaqədar biz məcburuq elan edək ki, bu il Bakıda Jara festivalı baş tutmayacaq. Lakin "Sea Breeze Resort"un bakılıların və şəhərin qonaqlarının sevimli yeri olduğunu nəzərə alaraq onları məyus etməmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, ötən gün yerli mətbuatda festivalın 25-29 iyul tarixlərində keçiriləcəyi və “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR