İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov Prezidentlə necə tanış olmasından danışdı

1310 07.06.2026 23:05 Ölkə A A

İş adamı Emin Ağalarov Azərbaycan Prezidenti ilə ilk dəfə necə tanış olması və Leyla Əliyeva ilə münasibətlərindən danışıb.

Sveta Bondarçukun qonağı olan Ağalarov Azərbaycan Prezidenti ilə İsveçrənin Sankt-Morits kurortunda tamamilə təsadüf nəticəsində qarşılaşdığını bildirib:

"Dostlarımla Sankt-Moritsə xizək sürürdük. Onlardan biri dedi ki, Azərbaycan Prezidenti də buradadır. Mən sadəcə yaxnlaşdım və "Salam, əlinizi sıxa bilərəm? Araz Ağalarovun oğluyam" dedim. Söylədi ki, "Mən sənin atanı tanıyıram, salam de".

Ailə həyatı və münasibətlərindən danışan iş adamı vurğulayıb ki, onların birliyi hər hansı bir statusa deyil, yalnız səmimi hisslərə əsaslanıb:

Bizim səmimi münasibətimizdən başqa əlaqəmizdə heç bir səbəb olmayıb. Leylanın onun yalnız xoşbəxtliyini istəyən möhtəşəm valideynləri vardı. Onlara başqa heç nə lazım deyildi. Onlar üçün vacib olan qızlarının xoşbəxtliyi idi".\\"Unikal"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR