İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov haqqında yazılanlara reaksiya verdi: "Dünən terror baş verən yerə getdim..."

1095 05.04.2024 15:55 Dünya A A

Xalq artisti Emin Ağalarov haqqında yayılan xəbərlərə aydınlıq gətirib. 

Musavat.com xəbər verir ki, Ağalarov Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiyasında bildirib ki,  hazırda Moskvadadır və hər gün faciənin baş verdiyi yerə yollanır:

"Rusiyadan qaçdığımı yazanlar üçün- Moskvadayam, hətta ötən gün faciə olan yerdə idim. Fake xəbərlərə inanmayın. Kim və hansı səbəblə saxta xəbərlər yayır?".

Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR