İnsanlara hürriyət, millətlərə istiqlal!

“EMF Microfinance Fund” “Bank Respublika”ya növbəti dəfə subordinasiyalı kredit ayırdı

411 04.08.2022 13:12 İqtisadiyyat A A

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.

Bank bu dəfə “EMF Microfinance Fund” Avropa investisiya şirkəti ilə Banka növbəti dəfə subordinasiyalı kreditin ayrılması barədə müqavilə imzalayıb. Anlaşma “Enabling Qapital LTD” şirkətinin vasitəçiliyi ilə həyata keçmişdir. Bununla Bankın “EMF Microfinance Fund” Avropa investisiya şirkətindən cəlb etdiyi kreditin ümumi məbləği 8 milyon dollara çatıb. Hər iki kredit 8 il müddətinə ayrılıb.

Bu anlaşma maliyyə institutunun “Bank Respublika” ilə olan uğurlu əməkdaşlıq təcrübəsindən və uzunmüddətli sabitliyinə olan yüksək inamdan xəbər verir. İmzalanmış müqavilə çərçivəsində ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.

“Bank Respublika” 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR