İnsanlara hürriyət, millətlərə istiqlal!

Emel Sayından pərəstişkarlarını məyus edən xəbər

827 05.06.2026 03:46 Şou-biznes A A

Məşhur türk sənətçi Emel Sayın pərəstişkarlarını narahat edən açıqlama verib. 

O, sosial media hesabında paylaşdığı mesajda səhhətində yaranan problemlərə görə planlaşdırılan konsertlərini daha sonrakı tarixə təxirə salmaq məcburiyyətində qaldığını bildirib.

Sayın qısa müddət ərzində müalicə alacağını və mövzu ilə bağlı sabah daha ətraflı açıqlama verəcəyini qeyd edib. Sənətçi 14 iyun tarixində Bursa Açıqhava və 17 iyun tarixində İstanbul Harbiye Açıqhava konsertlərini də sağlamlıq vəziyyətinə görə ləğv etdiyini açıqlayıb.

Emel Sayın mesajında belə deyib: “Əziz dinləyicilərim, konsertlərimizi üzülərək daha sonrakı tarixə təxirə salmaq məcburiyyətində qaldım. Narahat olunacaq bir vəziyyət yoxdur, amma qısa müddətli bir müalicə prosesim olacaq. Sizin xoş arzularınız üçün indidən təşəkkür edirəm. Sabah paylaşacağım videoda bu qərarı niyə verdiyimizi daha ətraflı izah edəcəyəm. Sevgi ilə qucaqlayıram".

Sənətçinin səhhətindəki problemin vertigo olduğu iddia edilir. Onun açıqlamasından sonra pərəstişkarları sosial şəbəkələrdə “tezliklə sağal” mesajları ilə dəstək göstəriblər.

Pərəstişkarlar Emel Sayının sağlamlığına qovuşması üçün dua etdiklərini bildirir və təxirə salınan konsertlərin yeni tarixlərini səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, vertigo insanın özünün və ya ətrafındakı əşyaların fırlandığı, yelləndiyi və ya hərəkət etdiyi illüziyasını yaratdığı ciddi bir başgicəllənmə növüdür. Əsas əlamətləri və xüsusiyyətləri bunlardır: Şiddətli başgicəllənmə, tarazlığın itirilməsi, ürəkbulanma, qusma, qulaqlarda küy və ya eşitmə itkisi. Yaranma səbəbi əksər hallarda daxili qulaqda yerləşən tarazlıq sistemi və ya beyinlə əlaqəli problemlərdən qaynaqlanır.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR