İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artistlə prodüser arasında mübahisə: "Get, kişin gəlsin!" VİDEO

1861 07.05.2022 16:30 Şou-biznes A A

Prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında mübahisə yaşanıb.

Musavat.com xəbər verir ki, "Təsir dairəsi" verilişinə qatılan Təranə Əməkdar artist Elza Seyidcahanla bağlı danışıb. Daha sonra aktyor onun sözlərinə müdaxilə edərək sənətçini təhqir etməyə haqqı olmadığını bildirib:

"Azərbaycan qadınını təmsil edirsiniz, danışığınıza fikir verin. Eşitməyi bacarın. Bakılılarda belə bir söz var, “Get, kişin gəlsin”. Qarşınızdakı insanı qiymətləndirin. Elza Seyidcahan əməkdar artistdir. Sizin ixtiyarınız yoxdur, Azərbaycan sənətçisinə yuxarıdan baxıb təhqir edəsiniz".

Səmədovanın isə iradlara cavabı gecikməyib:

"Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Ağsaqqal kimi sizə hörmət qoyuram. Mənə səs tonunuzu qaldırmayın. Oğlunuzun da, qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil".

Bundan sonra Vahid Əliyev əsəbiləşərək studiyanı tərk edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR