İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artistin iti itdi: Tapana mükafat veriləcək

1659 24.06.2026 16:42 Şou-biznes A A

Əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesabında izləyicilərinə müraciət edib.

Musavat.com xəbər verir ki, aktrisa uzun illərdir bəslədiyi itinin iyoxa çıxdığını bildirib.

Onun sözlərinə görə, it iyunun 23-ü axşam saatlarında Maştağa qəsəbəsindən Bilgəh istiqamətində, “İlkin Market”in yaxınlığında yoxa çıxıb. Sənətçi paylaşımında itini tapan və ya onunla bağlı məlumat verən şəxslərə mükafat veriləcəyini də qeyd edib.

Münəvvər Əliyeva müraciətində bildirib:

"Şəkildə gördüyünüz, uzun illərdir bəslədiyim və ailəmin bir üzvü kimi sevdiyim itim itib. Xahiş edirəm bu elanı mümkün qədər çox paylaşın və ətrafınızdakı insanlara çatdırın. Onu sadəcə bir heyvan kimi deyil, övladım kimi sevirəm. Onsuz həyatımı təsəvvür etmək mənim üçün çox çətindir. Onun tapılması üçün bütün heyvansevərlərin dəstəyinə ehtiyacım var. Görən və ya hər hansı məlumatı olan şəxslərdən mənimlə əlaqə saxlamalarını xahiş edirəm. Öncədən hər kəsə təşəkkür edirəm". 

İT.jpg (204 KB)

Şahanə Rəhimli
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR