İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza: “Görməmiş kimi evlərini, maşınlarını göstərirlər”

542 04.12.2023 20:04 Şou-biznes A A

“Bilmirsən müğənni kimdir. Hamısı üzdən, səsdən bir-birilərinə oxşayırlar. Adları da vəsiqələrində yazılmış həqiqi adları deyil. Hamısı özünə təxəllüs götürüb. Saçı uzun Suray xanım, beli incə, ombası böyük. Onlara “armudu stəkan” deyib, armudu stəkanı təhqir etmək istəmirəm”.

Bu fikirləri Əməkdar artist Elza Seyidcahan “Maqazin plyus” verilişində səsləndirib.

Müğənni belə həmkarlarını manqurt adlandırıb.

“Onlar savadsız yox, manqurtdurlar. Hər şeylərini itiriblər. Manqurtlar görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirirlər. Onlara bilmirəm, qartımış deyim və ya sonradan görmüşlər deyim. Bunlar hər şeydən dönmələrdirlər. Abır-həyaları yoxdur”, - Elza Seyidcahan bildirib. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR