İnsanlara hürriyət, millətlərə istiqlal!

Elon Musk və Mark Zuckerberg qəfəs döyüşü edəcək – “Ünvanı de!”

893 22.06.2023 21:00 Son xəbər A A

Mark Zuckerberg Elon Muskın qəfəs döyüşü çağırışına müsbət cavab verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Zuckerberg Elonun tvitinin ekran görüntüsünə “Mənə ünvanı göndər” paylaşımı ilə cavab verib.

Musk daha sonra Zuckerberg paylaşımına “Vegas Octagon” cavabını verib. Vegas Octagon UFC-nin baş ofisidir və Las-Veqasda yerləşir. Qeyd edək ki, Elon Musk karate, taekvondo, cüdo idman növləri üzrə məşq edib. 39 yaşlı Zuckerberg isə MMA dərsləri alır.


Bu isə Elonun ilk belə dəvəti deyil. Ötən il o, Rusiya prezidenti Vladimir Putini də təkbətək düöyüşə çağırması xəbəri ilə gündəm olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR