İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Paşinyan görüşünün 4-cü raundu: sülhə doğru mühüm addım

1274 02.09.2022 08:50 Gündəm A A

Erməni iqtidarı və xalqının sülhdən imtina şansı yoxdur; Qərb bu halda Rusiya üzərində üstünlük qazanacaq, top Moskvada... - ekspertlərin şərhi

Məlum olduğu kimi, avqustun 31-də Azərbaycan və Ermənistan rəhbərlərinin daha bir tetatet görüşü reallaşdı. “Yeni Müsavat” bildirir ki, bu dəfə də Avropanın siyasi paytaxtı Brüsseldə liderlər 4 saat müzakirə apardılar.

Bir şey dəqiqliklə söyləmək olar ki, nə Ermənistan iqtidarının, nə də bütövlükdə erməni xalqının sülhdən imtina şansı artıq yoxdur. Çünki bədəli bu dəfə qat-qat ağır ola bilər. Sadəcə, Ermənistanda bunu nə dərəcədə dərk edirlər, bu ayrı məsələdir. Hər halda, kapitulyant ölkədə davam edən daxili didişmə, ağır məğlubiyyətdən sonra sülh prosesinə dirəniş ovqatı hələ də güclü olaraq qalır.

O zaman budəfəki görüşü sülh sazişinə doğru mühüm addım saymaq olarmı? Region bununla sülhə, yoxsa hərbə yaxınlaşmış oldu? Budəfəki görüşdə ən yeni faza sülh sənədinin mətni üçün işçi qrupu yaratmaq qərarı oldu. Əgər noyabrda keçiriləcək növbəti görüşdə sülh müqaviləsi imzalamaq üçün real addımlar atılarsa, Avropa İttifaqı Rusiya üzərində qələbə qazanmış olacaq. Hərgah, buna inam azdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirib ki, “fikir mübadiləmiz açıq və məhsuldar oldu, buna görə hər iki liderə təşəkkür etmək istərdim”.

Mişel habelə qeyd edib ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə olunub: “Xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün 1 ay ərzində görüşmək barədə təlimat verilib”. Bununla yanaşı, görüşdə humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, əsirlərin və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr aparılıb. O, həmçinin üçtərəfli formatda keçiriləcək növbəti görüşün vaxtını da açıqlayıb.

“Gündəliyimizdəki məsələlərin bütün spektrini nəzərdən keçirdik. Razılaşdıq ki, bu formatda növbəti görüş noyabrın sonuna qədər baş tutsun”, - deyə Aİ Şurası rəhbəri qeyd edib.

Diqqətçəkən nüans budur ki, Aİ Şurasının Prezidenti budəfəki açıqlamasında da “status”, “Minsk Qrupu” ifadələri işlətməyib. Demək, sülh anlaşması ətrafında danışıqlar rəsmi Bakının şərtləri və məlum 5 prinsip əsasında aparılır. O da aydın olur ki, artıq 1 ay ərzində sülh müqaviləsinin mətni hazırlanmalıdır. Təbii ki, Ermənistan özünü adekvat aparsa...

Yəni Brüsseldə iki fraqment var - sülh sazişinin mətni üçün işçi qrupları və noyabrda yenidən görüşmək. İndi top Rusiyadadır, görüşdən qabaq Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova AB-nin vasitəçiliyini həyasızlıq adlandırmışdı, buyursunlar, Qərbi üstələmək üçün nəticəli görüş təşkil etsinlər.

Görüşlə bağlı ən çox danışılan mövzulardan biri isə Əliyevin Paşinyana əl uzatması idi. Hər kəs bədən dilinin şifrələrini açmağa, Bakının əzici üstünlüyə malik olduğunu izah etməyə çalışır. Bəli, Əliyev Paşinyanla əl sıxdı, bu da sülh naminə bir jest idi, indi Ermənistan hökuməti öz xalqına bunu başa salmalıdır...

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycanla Ermənistan arasında iki vasitəçi var - Rusiya və Avropa İttifaqı: “Brüssel və Moskva Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasını, sərhədlərin müəyyənləşməsini, sülh sazişini və əsirlər mövzularını müzakirə edirlər. Bu mövzuların heç birində ciddi irəliləyiş olmasa da, əsas odur ki, Brüssel və Moskva Qarabağ mövzusuna toxunmur, Minsk Qrupunun adını çəkmir. Bunun özü maraqlarımıza cavab verir. Vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabət də maraqlarımıza xidmət edir. Biri ləng tərpənəndə, o birisinin üstünlüyündən istifadə etmək mümkündür”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bundan öncə yenə Brüsseldə eyni anlaşma əldə olunmuşdu, İrəvan heç bir praktiki addım atmadı: “İndi məsələ yenidən gündəmdədir. Görünür, İrəvanın öhdəliyini yerinə yetirməsi müzakirə olunub və razı salınıb. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir. Hərçənd yekun bəyanat deməyə əsas verir ki, Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmır, postmünaqişə reallığı Avropa İttifaqı tərəfindən qəbul olunur və bu, Qərbdə ”Minsk Qrupu"nu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir. Anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir. Tərəflər noyabrın sonuna qədər eyni formatda görüşməyə də razılaşıb. Ermənistan Moskva masasında nəsə əldə etməyə çalışacaq, lakin burada da gündəliyin təxmini eyni olması İrəvanın “çıxış yolu” axtarışını nəticəsiz edir".

Bəhruz Məhərrəmov yeni hakim təyinatlarına münasibət bildirdi

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Brüssel görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir: “Məsələnin mahiyyətini anlamaq üçün Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına mütləq konseptual yanaşmalıyıq. Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki 3 görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb.

Bu mənada yeni təmaslarda İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə razılıq verməsi proseslərin gedişatında mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan, nəhayət, bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb. Bu, o deməkdir ki, Prezident İlham Əliyev necə ki Vətən müharibəsində, Fərrux və ”Qisas" əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdi, son görüşlə də Azərbaycan lideri diplomatik məcburetmə tədbiri ilə Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi".

Amerikalı politoloq Piter Teys isə düşünür ki, Mişel tərəfindən təşkil edilmiş bu görüş rəsmi Bakı və Vaşinqtonun Ermənistan tərəfini danışıqlar masasına əyləşdirmək üçün apardığı daimi diplomatik kampaniyanın nəticəsidir.

Azsiyasət.com-un iddiası təsdiqini tapdı: - Məlahət İbrahimqızı sədrlikdən  getdi

 Məlahət İbrahimqızı

Deputat Məlahət İbrahimqızının sözlərinə görə, Brüsseldə keçirilən görüş Azərbaycan diplomatiyasının növbəti uğurudur. Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədlərində qanunsuz erməni silahlı dəstələri vaxtaşırı hərbi təxribat törədir: “Son təxribat bu ilin iyul-avqust aylarında olub. Azərbaycan hökuməti bu haqda beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara məlumat verib. Sözsüz ki, həm də silahlı erməni birləşmələri Azərbaycanın qəhrəman ordusu tərəfindən darmadağın edilib. Mişelin bəyanatından görünür ki, məhz Azərbaycan hökumətinin bu etirazı və sərhəddə törədilən erməni təxribatı görüşdə müzakirə edilib. Tərəflər bu ilin noyabr ayının sonunda bu formatda yenidən görüşün keçirilməsinə razılaşıblar. Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün verdiyi bəyanatdan bir daha görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə müzakirə  olunmuş bütün məsələlər ilk gündən Azərbaycan tərəfinin verdiyi təkliflərlə demək olar ki, tam üst-üstə düşür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR