İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev elan etdi: Bu görüş baş tutmayacaq! – o zaman MÜHARİBƏ? – Natiq Cəfərli ilə “Canlı debat”

895 25.11.2022 13:05 Gündəm A A

Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxlandığını bildirdi və dedi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, - Prezident bildirib.

Nələr baş verir? Bu açıqlama növbəti antiterror əməliyyatlarının olacağına işarədir? Sülh olmayacaqsa…müharibə olacaq?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR