İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır”

376 02.05.2023 14:42 Son xəbər A A

Deputat Əli Məsimli Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, keçən həftənin ən mühüm hadisələri arasında aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın müvafiq şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanması mühüm yer tutur.

Deputatın sözlərinə görə, bu Memorandumda nəzərdə tutulanların reallaşdırılamsı iqtisadi,siyası,geoiqtisadi,geosiyasi, regional, qlobal və sair cəhətlərdən çox mühüm əhəmiyyət kəsb edir: “Həmin Anlaşma Memorandumu Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə sözügedən regiona ən sürətli, ən səmərəli və ən sərfəli şəkildə şaxələndirilməklə əlavə qaz təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədə Azərbaycanın rolunu xeyli artırır. Dediklərimizi əsaslandırmaq üçün iki Avropa mənbəli rəsmi açaılamanı xatırlatmaq kifayətdir. İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı videomüraciətində Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılmasında Azərbaycanın roluna toxunaraq dedi ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olub. Bolqarıstan prezidenti isə bildirdi ki, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır”.

Ə.Məsimli Prezidentə istinad etdi: “Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycan Avropada ən azı 10 ölkəyə mavi qaz ixrac edəcək. Bu layihənin reallaşdırılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artır. Digər tərəfədən bu, Azərbaycanın geosiyasi mövqeyininin daha da möhkəmlənməsinə yeni imkanlar açır.Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə strateji əmkdaşlığı da güclənir. Təbii ki, Azərbaycanın Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması sahədəki genişmiqyaslı və səmərəli fəaliyyəti regionun ümumi inkişafına öz töhfəsini verəcəkdir. Və həm də Azərbaycanın regionda mövqeyi daha da gülclənəcək”.

Deputat dedi ki, bütün bunlar bizə belə bir nəticəyə dəlməyə əsas verir: “Azərbaycan, “Əsrin müqaviləsi” və digər neft-qaz meqalayihələri ilə başlanan fəal enerji diplomatıyasını yeni strateji layihələrin reallaşdırılması ilə davam etdirir və Avropa bazarına neft, qaz ixracının genişləndirilməsi ilə yanaşı, yaşıl enerjinin əsas ixrac istiqamətini də Avropaya yönəltməklə XXI əsrin energetika siyasətinə korrektələr etməkdə davam edir və doğrudan da Avrasiyanın enerji xəritəsini yenidən cızır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR