İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli erməni jurnalisti ilə FETÖ yazarının müzakirəsində: “Azərbaycan müxalifətini niyə dəstəkləmirsiz…” - ŞOK VİDEO

2276 22.12.2025 19:21 Gündəm A A

YouTube platformasında yayımlanan və qısa müddətdə geniş müzakirələrə səbəb olan kontent var.

Musavat.com xəbər verir ki, burada Azərbaycan müxalifəti, xüsusilə AXCP sədri, Milli Şuranın qurucularından biri olan Əli Kərimli ətrafında gedən proseslər diqqət mərkəzinə gətirilib. Müsahibə erməni jurnalist Alin Ozinyan ilə Türkiyədə FETÖ işi ilə tanınan yazar, "Taraf" qəzetinin baş redaktoru Mehmet Altan arasında baş tutub.

Müzakirənin əsas xətti son dövrlər Azərbaycanda aparılan “Ramiz Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilən, Milli Şura ilə bağlı bir sıra fiqurların dövlətə xəyanət ittihamı ilə mühakimə olunması fonunda formalaşıb. Erməni jurnalist Alin Ozinyan səlis Anadolu türkcəsində Mehmet Altana müraciət edərək sual edir: Türkiyə müxalifəti, xüsusilə CHP, niyə AXCP sədri Əli Kərimlini və ümumilikdə Azərbaycan müxalifətini açıq şəkildə müdafiə etmir?

Ozinyan bu sualı “iki dövlət, bir millət” şüarının tez-tez səsləndirildiyi bir şəraitdə Türkiyə müxalifətinin mövqeyini ziddiyyətli göstərərək ünvanlayır və hesab edir ki, İlham Əliyev hakimiyyətinə qarşı çıxan qüvvələrə siyasi və mənəvi dəstək verilməməsi səmimiyyət sualı yaradır.

Mehmet Altan'a tahliye kararı

Mehmet Altan cavabında Türkiyədə müxalifətin artıq klassik siyasi müxalifət funksiyasını itirdiyini iddia edir. O bildirir ki, CHP və digər müxalif dairələr Azərbaycan məsələsində prinsipial mövqe nümayiş etdirməkdən çəkinir, daha çox Ankaranın mövcud xarici siyasət xəttinə uyğun davranmağa üstünlük verirlər. Altanın fikrincə, bu, Türkiyə müxalifətinin regional məsələlərdə risk almaq istəməməsi ilə bağlıdır. Bunu deyərkən də, özünün müxalif qüvvələrə simpatiya və dəstəyini ifadə etmiş olur.

Bu məqamda diqqət çəkən başqa bir detal isə Türkiyədə fəaliyyət göstərən, müxalifətçi və PKK-nın siyasi uzantısı kimi təqdim olunan DEM Partiyası ilə bağlıdır. Qeyd olunur ki, DEM Partiyası həm Gültəkin Hacıbəyliyə (hazırda Türkiyədə saxlanma məntəqəsindədir və Azərbaycana göndərilməsi gözlənilir), həm də Əli Kərimliyə açıq və birmənalı dəstəyini ifadə edib. Bu fakt fonunda PKK -çı DEM-in, erməni jurnalistinin və FETÖ terror hörgütünün tanınmış simasının Əli Kərimli və müttəfiqlərinə can yandırmaları olduqca maraqlıdır. Bu türklük və Türkiyə düşmənlərini Əli Kərimli ilə hansı dəyərlər bağlayır?

alin-ozinian.jpg (80 KB)

Alin Ozinyan

Müsahibənin tərəflərinin keçmişi də ayrıca diqqət çəkir. Mehmet Altan uzun illər Türkiyə mediasında tanınmış sima olub, vaxtilə qalmaqallı *Taraf qəzeti*nin baş redaktoru kimi fəaliyyət göstərib. O, sonradan FETÖ terror təşkilatı ilə əlaqələr ittihamı ilə həbs edilərək cəza çəkib. Alin Ozinyan isə erməni jurnalist kimi Türkiyə və Azərbaycanla bağlı siyasi mövzuları türk auditoriyasına ünvanlanan formatda qabartması ilə tanınır.

Beləliklə, erməni jurnalistlə FETÖ-çu yazarın dialoqu təkcə media hadisəsi deyil; həm də Azərbaycan müxalifətinə Ermənistanın, Türkiyənin gizli və sinsi müxalifətinin, PKK yandaşlarının ortaq marağını deşifrə edən mürəkkəb siyasi mənzərənin gözlər önünə sərilməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR