İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli diktaturası - AXCP-dən istefanın şok səbəbi

3642 21.06.2023 09:20 Siyasət A A

Partiya sədri Vahid Məhərrəmlinin peşəkar fəaliyyətini nəzarətdə saxlamağa, diktə etməyə cəhd göstərirmiş

Qurultaya hazırlaşan AXCP daxilində münasibətlər yenidən gərginləşib. Vəziyyət o həddə çatıb ki, tanınmış iqtisadçı, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli partiyadan və Milli Şuradan istefa verib. Cebhe.info-nun yazdığına görə, təkcə partiya daxilindəki vəzifəsindən yox, ümumilikdə üzvlükdən imtina edən Vahid Məhərrəmlinin qurultaydan öncə bu addımı atmasının səbəbləri partiya daxilində uzun illərdən bəri gərgin münasibətlərin, fikir ayrılığının pik həddə çatmasıdır.

Sədr Əli Kərimlinin partiya daxilində idarəetmədə diktator kimi davranması AXCP-ni ötən müddət ərzində böyük parçalanmalarla üz-üzə qoyub. Hazırda Əli Kərimlinin ətrafında siyasi fəaliyyəti ilə tanınmış kimsə qalmayıb. Milli hərəkatın üzvü olaraq da sonra fəaliyyətini AXCP-də davam etdirən nüfuzlu şəxslərdən kimsə Əli Kərimlinin yanında deyil. Çünki Kərimlinin partiya daxilindəki avtoritarizmi, müxalifətin məğlub duruma salınmasındakı birbaşa və maraqlı rolu özünü hərəkata həsr edənlərin AXCP-dən uzaqlaşmasına səbəb olub və indi bu siyahıya daha biri əlavə olundu.

Vahid Məhərrəmlinin Əli Kərimlinin partiyanı idarəetmə qaydalarından narazı olduğu bəlli idi. Hətta məlumata görə, Əli Kərimli V.Məhərrəmlinin təkcə siyasi fəaliyyətini yox (zatən bu, özünü o qədər də büruzə vermirdi), həm də peşəkar fəaliyyətini nəzarətdə saxlamağa, diktə etməyə cəhd göstərirdi. Məsələn, digər partiya üzvləri və rəhbərlikdə təmsil olunan şəxslər kimi, V.Məhərrəmli də hətta mətbuata açıqlamalarını əvvəlcə Əli Kərimli ilə razılaşdırmalı idi.

Vahid Məhərrəmli: Pandemiyanın aqrar sahəyə ciddi təsirləri var

Vahid Məhərrəmli

Yəni kənd təsərrüfatı eksperti olan V.Məhərrəmli bu sahədə danışmaq üçün bu sahədən heç bir məlumatı olmayan Əli Kərimlidən icazə almalı idi və təbii ki, Əli Kərimli bu razılığı öz maraqlarına uyğun verirdi.

Bundan başqa, V.Məhərrəmlinin Fuad Qəhrəmanlı, Təzəxan Mirələmli, Məmməd İbrahimlə də problemləri olub. Məlumata görə, V.Məhərrəmli növbəti qurultayda İdarə Heyətinə üzv seçilə bilməyəcəyini görüb və öncədən üzvlükdən gedib. Başqa sözlə, Əli Kərimlinin partiyanı daxildən dağıtmağa yönəlik fəaliyyəti öz “bəhrəsini” verib. Əli Kərimli hələlik bu istefaya səssiz qalır, bu da onun məsələni sanki partiya və özü üçün önəmsizləşirmək cəhdidir.

“Nədən heç bir tanınmış sima AXCP-də qalmır? Gələcəyə inam yoxdur, yoxsa Əli Kərimli ilə şəxsi problemləri yaranır?” sualı Vahid Məhərrəmlinin istefasından sonra yenidən aktuallaşıb.

Cənubi Qafqazda sülhün təminatı bu prosesdən keçir - Niyaməddin Orduxanlı -  VİDEO

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, sualın cavabı artıq illərdir aydındır: “Əli Kərimlinin apardığı yanlış xətt, həm gələcəyə inamı sarsıdıb, həm də təşkilatdakı insanları bezdirib. Əli Kərimli elə bir tipdir ki, onunla uzun müddət birgə yol getmək olmur.  Hər kəsi, istənilən şəxsi, dost dediyi insanları, tələbə yoldaşlarını, hətta yaxın qohumluq əlaqəsi olan insanları öz şəxsi maraqlarına qurban verməyi bacarır. Dediklərimi Kərimli illərdir öz fəaliyyəti ilə sübuta yetirib.  Çox yaxın tarixə nəzər yetirin. Milli azadlıq hərəkatının lideri, AXCP sədri Əbülfəz Elçibəy həm hakimiyyətdə olanda, həm də sonra Əli Kərimliyə çox yüksək etimad göstərmişdi. Əli Kərimlini həm hakimiyyətdə, həm də partiyada çox yüksək postla təmin etmişdi. Lakin Əli Kərimli ona böyük etimad göstərmiş , ən yüksək vəzifəyə təyin etmiş, partiyada müavini statusuna qaldırmış Əbülfəz Elçibəyə xəyanət etdi. Hakimiyyətlə gizli danışıqlara gedərək Elçibəyə qarşı partiya daxilində, mətbuatda ən çirkin oyunlar qurdu, yazılar yazdırdı. Əbülfəz Elçibəy dünyasını dəyişən ərəfələrdə "Məkan" qəzetində başqa imza ilə Elçibəy haqqında ən iyrənc yazı yazdırdı. Bütün bunları özümdən uydurmuram, bunlar tarixi həqiqətdir. Baxın, Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra partiyanın 19 nəfərlik Rəyasət Heyətinin üzvlərindən bir nəfər də olsun Əli Kərimlinin yanında qalmadı. Səbəb də Əli Kərimlinin avtoritar düşüncəsi, pula olan sevgisi və Elçibəyə xəyanəti idi. Məhz Əli Kərimli öz şəxsi maraqları üçün uzun illər ərzində onlarla gəncin həyatını məhv elədi, həbsxanalarda çürüməsinə səbəb oldu. Jurnalist kimi araşdırma apara bilərsiniz. Əli Kərimlinin hakimiyyətlə gizli əməkdaşlıq etməsi ilə bağlı həm Elçibəyin müavini olmuş Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, həm də hakimiyyətin ən yüksək elitasında təmsil olunan şəxslər zamanında açıqlamalar veriblər. İndi isə Əli Kərimli yanında qalan 3-4 təcrübəsiz, məlumatsız adamı yanında saxlaya bilmir. Çünki xarakteri buna imkan vermir. Təşkilatdan istefalar təbiidir və digər tək-tük qalanlar da istefa verəcəklər".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR