İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ələkbərin vəziyyəti pisdir, xəstəxanaya yerləşdirilib" -Meyxanaçının anası

1775 12.11.2022 01:12 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, Rəşad Dağlının bıçaqlayaraq qətlə yetirdiyi İskəndər Mehdiyev meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.

Axşam.az-ın məlumatına görə, hazırda Almaniyada olan Ələkbərin anası Baku TV-yə müsahibə verib. O bildirib ki, Rəşadla Ələkbər yaxın dost olublar:

"Mən bunu Rəşaddan heç vaxt gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi. Rəşadın atası İskəndərə narkotacir deyib, bu sözlər ona heç yaraşmadı. Ürəyimiz yaralıdır. Belə şeylər danışmaq olmaz".

Meyxanaçının anası bildirib ki, məsələdən xəbər tutan Ələkbərin vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib:

"Ona kimsə çatdırıb bu xəbərləri. Çox pis vəziyyətdədir. Almaniyada xəstəxanaya aparıblar. Pisdir, heç oğlumla danışa bilmirəm".

Qeyd edək ki, Ələkbər Yasamallı Almaniyadadır. Meyxanaçı orada yaşamaq üçün icazə almaq istəyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR