İnsanlara hürriyət, millətlərə istiqlal!

Elə bilirdik ki, “Qarabağ” kənd klubudur, gördük ki... - Koloskov

1656 29.07.2022 21:35 İdman A A

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Qarabağ” barədə fikirlərini bildirib.

Musavat.com Qol.az-a istinadən xəbər verir ki, o, həmyerlisi Stanislav Çerçesovun baş məşqçisi olduğu “Ferenstvaroş”un (Macarıstan) ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olması barədə danışarkən deyib.

“Ferentsvaroş”un “Slovan”ı keçməsi uğurdur. Bu, təkcə Çerçesovun deyil, bütün klubun nailiyyətidir. İstənilən qələbənin əhəmiyyəti böyükdür, özü də Çempionlar Liqasında. Çerçesov bir daha özünün yüksək məşqçi keyfiyyəti təsdiq etdi.

Növbəti rəqib “Qarabağ”a gəlincə, onları bir dəfə görmüşəm. Onlar bizim komandanı silkələmişdilər (söhbət Avstriyada “Zenit”lə (Sankt-Peterburq) 2016-cı ilin iyunundakı yoxlama oyunundan gedir - Qol.az). Özü də yaxşı hesabla. Onda elə bilirdik ki, bu, kənd klubudur, amma gördük ki, yaxşı komandadır. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram” – deyə Koloskov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR